Rusiyada Yeni il ərəfəsində mandarinin bahalaşacağı barədə xəbərdarlıq edilib.
Azərbaycanda meyvə bağlarının aqrar sığortası mövsümü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
ED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, SHOT təşkilatı yeni il ərəfəsində sitrus meyvəsinin qiymətinin azı 20% artacağını gözləyir.
«SHOT-un məlumatına görə, artıq indidən mandarinin qiyməti ötən illə müqayisədə 3% artıqdır. Belə ki, ötən il kiloqramı 217 rubl olan mandarinlər indi 224 rubla (2,6 dollar və ya 4,4 manat) satılır. Yeni il yaxınlaşdıqca meyvələrin qiyməti də daha sürətlə artır, il sonuna bahalaşma 20%-ə çata bilər»-deyə məlumatda bildirilir.
Azərbaycanda aqrar sektorda mövsümi çalışanlara gündəlik ödənişin yuxarı həddi - ARTIRILDI - RƏSMİ
Rusiya mətbuatının məlumatına görə, hazırda Moskva bazarlarında mandarinin qiyməti keyfiyyətinə, növünə və mənşə ölkəsinə görə kiloqramı 95-915 rubl (1,1-10,6 dollar və ya 1,87-18 manat) arasında dəyişir.
Ən bahalı mandarinlər «beybi», eləcə də Asiya, CAR və Cənubi Amerikadan gətirilənlərdir. Buna səbəb həm yol uzunluğu və logistikanın çətinliyi, həm də məhsulun keyfiyyətidir.
«Xaricdən gətirilən meyvə tinglərində xəstəliklər olur, bağ sahiblərini aldadırlar» - MÜSAHİBƏ
Rusiyanın regionlarında mandarinlə bağlı vəziyyət daha sadədir. Belə ki, cənub bölgələrində abxaz mandarinlərinin kiloqramının qiyməti 300 rubl (3,5 dollar və ya 5,9 manat) ətrafındadır. Amma burada da Yeni İl bayramları yaxınlaşdıqca, qiymətlər də artmağa başlayacaq.
Xatırladaq ki, Azərbaycan da xaricə mandarin ixrac edir. 2024-cı ildə Azərbaycan xarici ölkələrə ümumi dəyəri 1 milyon 91 min dollar olan 2 min 343 ton mandarin ixrac edib.
Yağışlar Qubada meyvə bağlarına ziyan vurub, almanın kilosu 6-7 qəpiyə düşüb
2024-də Azərbaycanın xaricə satdığı mandarinlərin 2 min 308 tonu və ya 99%-i Rusiyanın payına düşür. Ötən il Azərbaycan Rusiyaya 1 milyon 71 min dollarlıq mandarin satıb. Xaricə satılan mandarinin ixrac qiyməti 0,47 dollar və ya 80 qəpik təşkil edib.
Azərbaycandan Rusiyaya mandarin ixracı oktyabr ayından başlayır. Məsələn, ötən il xaricə satılan 2343 ton mandarinin 334 tonu oktyabr ayında, 1156 tonu noyabr ayında, 853 tonu dekabrda ixrac edilib.
Xurma bağlarında yığılıb qalan məhsullar – Fermerlər alıcı tapa bilmirlər - VİDEO
Başqa sözlə ölkədən mandarin ixracının 15%-i oktyabrın, 50%-i noyabrın, 35%-i isə dekabr ayının payına düşür.












