Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi Türkiyədən pomidor alışı kvotasını artırmağa hazırlaşır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı layihə hazırlayıb. Layihəyə əsasən Rusiyanın Türkiyədən pomidor alışı kvotası 100 min ton artırılaraq 600 min tona qaldırılacaq.
Xatırladaq ki, Rusiya 2015-ci ildə Suriyada rus qırıcı təyyarəsinin vurulmasından sonra Türkiyə ilə münasibətləri pisləşəndə Türkiyədən pomidor alışına qadağa qoymuş, daha sonra – 2017-ci ildə isə buna kvota – limit tətbiq etmişdi.










