İyun ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz üzrə Regionlararası İdarəsi 34,064 min ton təzə meyvə-tərəvəz idxalına nəzarət edib.
“Xüsusilə, “Rosselxoznadzor” İdarəsinin səlahiyyətində olan “Viaduk” gömrük terminalı və Dərbənd dəmiryolu stansiyasına Azərbaycan və İrandan 20290,2 ton tərəvəz (pomidor, bibər, kartof və s.) və 13773,8 ton meyvə və giləmeyvə (alma, qarpız, çiyələk, gilas, ərik, şaftalı və s.) daxil olub”, - qurumun saytında məlumat verilir.
FED.az xəbər verir ki, fitosanitar nəzarət zamanı qrupumun dövlət müfəttişləri tərəfindən Azərbaycandan 4 partiya və İrandan 2 partiya pomidor (49,1 ton), armud (19,2 ton), bibər (16,3 ton) və gilas (19,6 ton) Rusiya ərazisinə buraxılmayıb. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 104,2 ton təşkil edib.
“Məhsulların saxlanılmasına laboratoriyanın rəyi səbəb olub. Rəyə əsasən, partiyalarda karantin zərərli obyektlərin - Tuta absoluta Povolny, Frankliniella occidentalis Perg və Grapholitha molesta aşkarlanıb. Yüklərin Azərbaycan və İrana qaytarılması barədə qərar qəbul olunub”, - məlumatda vurğulanır. (İnterfaks)