2020-ci ilin sonunda Azərbaycan 44 günlük müharibədəki qələbəni bayram edərkən yerli pomidor istehsalçıları Rusiya tərəfdən xoşagəlməz sürprizlə üzləşdilər.
FED.az xatırladır ki, Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət xidməti «Rosselxoznadzor» Azərbaycandan idxal olunan pomidorlarda «zərərverici tapıldığına» görə, Azərbaycan pomidorlarının Rusiyaya ixracını qadağan etdi. Nəticədə əsas bazarı şimal qonşumuz sayılan yerli pomidor istehsalçıları ciddi problemlərlə üzləşdilər.
Sonradan müxtəlif danışıqlar və Rusiya tərəfinin ağlagəlməz şərtlərinə əməl etməklə bir sıra şirkətlərin Rusiyaya pomidor ixracı bərpa olunsa da, onun yaratdığı çətinliklər və nəticədə Azərbaycan şirkətlərinin böyük zərərlə üzləşməsi davam edir.
Rusiyanın Azərbaycana pomidor qadağası, onun nəticələri və vəziyyətdən mümkün çıxış yolları ilə bağlı FED.az-ın suallarını məşhur iş adamı, ölkənin əsas pomidor ixracçılarından olan «Buta Aqro» şirkətinin rəhbəri Bəşir Quliyev cavablandırıb.
- Bəşir müəllim, Rusiyanın pomidora qoyulan qadağası tam bitib yoxsa, hələ qüvvədədir?
- Bu məhdudiyyətlər hamısı ötən ilin noyabr ayından başlayıb və indiyədək, bu qadağanı tam bitmiş saymaq olmaz, çünki çox ciddi karantin rejimi tətbiq ediblər Azərbaycan isehsalçıları üçün.
- Bu qadağanın səbəbi nədir? Yəni Rusiya tərəfi nəyi əsas tutaraq bu qadağanı tətbiq edir?
- Pomidorlarda bir kəpənək zərərvericisi var – «Tut absolyuta» adlanır. Rusiya tərəfi iddia edir ki, Azərbayanda istixanalarda bu zərərverii kəskin artıb və Azərbaycan pomidorları da bundan sirayətlənib və buna görə karantin qadağası qoyublar.
- Rusiya tərəfiinin iddaaları doğrudur?
- Xeyr, biz pomidor istesalçısı olaraq hesab edirik ki, bu iddia və qadağa tam əsassızdır. Çünki «tut absoyuta» bütün dünyada açıq şəraitdə yaşayan kəpənəkdir. Ola bilər, ötən əsrin 80-ci illərində ona qarşı mübarizə metodları yox idi deyə, o iqtisadi baxımdan təhlükəli zərərverici sayılırdı. Çünki pomidor ailəsindən olan bitkilərdə yaşayır, onların meyvələri və yarpaqları ilə qidalanır deyə əkinlərə böyük zərər verirdi. Sadə şəkildə desək, bu kəpənəyin qurdları pomidorları, onların yarpaqlarını deyib onları yararsız hala salırdı. Bununla da istehsal həcmi aşağı düşürdü və istehsalçılara iqtisadi zərər vururdu.
- Bəs indi necə, həmin zərərverici indi də təhlükəli sayılır?
- 90-cı illərin axırında bütün dünyada – Amerikada, Avrasiyada və digər yerlərdə normal bitki mühafizə qaydalarından istifadə edərək ona qarşı normal mübarizə aparılır və onlar belə böyük zərər gətirmirdilər. Bu zərərverici artıq çoxdandır ki, bütün Avropa ölkələrində karantin siyahısından çıxarılıb. Sadə zərərverici sayılır.
- Bəs Rusiyada necə?
- Rusiya bu zərərvericini hələ də öz karantin siyahısında saxlayıb. Buna görə də, bizim fikrimizcə bundan sui istifadə edirlər. Çünki Rusiyanın öz istixanaları bu «Tut absolyuta» zərərvericisi ilə doludur. Bundan başqa, digər bütün ölkələrdən, İrandan, Türkiyədən, Ermənistan və Özbəkistandan gətirilən pomidor məhsulunda bu zərərvericilər var. Yəni elə bir ölkə yoxdur ki, orada bu zərərverici olmasın və açıq şəraitdə yaşamasın.
- Yəni Azərbaycan istehsalçıları, o cümlədən siz, bunu pomidorların idxalına qadağa qoyulması üçün ciddi səbəb saymırsınız, eləmi?
- Biz bir istehsalçı kimi bu iddiaları ciddi səbəb saymırıq. Yenə də təkrar edirəm, bu problem 80-90-cı illərdə olub və sonra artıq həll edilib. Bir çox ölkələr bunu karantin zərərvericisi (karantin zərərvericisi – adi zərərvericilərdən daha zərərli sayılır – FED.az) saymırlar.
- Bəs bu qadağalar sizin şirkətə nə qədər ciddi təsir edib və etməkdədir?
- Bu qadağalar bizə böyük, çox böyük mənfi təsir edir. Bu gün bizim Rusiyaya ixracla bağlı iki problemimiz var. Bunlardan biri bu məhdudiyyətlərlə bağlıdır. Bilirsiniz ki, demək olar ki, iki aya yaxın müddətdə ümumiyyətlə məhdudiyyət aradan qaldırılmadı, sonra qismən, yavaş-yavaş, hansısa şirkətlərə qadağa aradan qaldırılmağa başladı.
- Rusiya tərəfi son vaxtlar Azərbaycandakı istixanaları videomonitorinq edir, bu sizin şirkətdə də oldumu?
- Bəli bizdə də belə monitorinq oldu, Qida Təhlükəsizliyi Agentliyi bu işdə maksimal dəstək verir və bildiyimiz qədər, Rusiya tərəfi ilə danışıqlarda da iştirak edərək məsələnin həllinə çalışırlar. Biz hesab edirik ki, bu formatda bu günə olan vəziyyətdə onlar - Qida Təhlükəsizliyi olaraq – maksimum nəticə əldə ediblər. Yəni 200-ə yaxın şirkət üçün monitorinq aparılıb, icazə alınıb. Amma yenə də deyim ki, ixrac üçün, azad ticarət üçün hazırki daimi inspeksiya rejimi doğru variant deyil və bundan hətta sui-istifadə olunur.
- Bunu nəyə əsasən deyirsiniz?
- Biz 100% əminik ki, yerli Qida Təhlükəsizli Agentliyi malları yoxlayır, həmin mallarda heç nə aşkar edilmir. Sonra mallar keçir Rusiya tərəfinə, orda hər 10-15 maşından birində nəsə aşkar edirlər. Və başqa maraqlı məqam - həmin aşkar edilən hallarla bağlı foto materiallar təqdim edilir, açıq-aşkar görünür ki, bu qurulma işdir. Götürürlər sağlam kəpəniyi qoyurlar pomidorun üstünə şəklini çəkirlər.
- Yəni kəpənək pomidorun üstündə belə qala bilməz, onu nəzərdə tutursunuz?
- Əlbəttə, belə şey ola bilməz. Özünüz təsəvvür edin, inspektolar gəlirlər, bir maşını açırlar. Maşında 17 ton pomidor var, ordan cəmi 2 yeşik nümunə götürəcəklər. Orda sağ kəpənək olarsa əlbəttə ki, uçub gedəcək. Siz buna inanarsız? Elə iki kilo pomidor götürüldü, onun da üstünə kəpənək tapıldı? İnandırıcı deyil.
- Bəs bu zərərverici əslində necə tapılır?
- Bu kəpənəklə sirayətlənmiş pomidorlarda onun izlərini tapmaq üçün ona mikroskopla baxmaq, axtarmaq lazımdır və onun izi, nəcisi və ya yumurtası tapılsın. Onun özünün olması mümkün deyil.
- Rusiyaya ixracla bağlı ikinci əsas problem nədir?
- İkinci problem də elə birinci ilə bağlıdır. Məsələ bundadır ki, bu məsələ ilə bağlı Rusiya tərəfi bizim Qida Təhlükəsizliyi Agentliyinə ciddi təzyiq göstərir. Və nəticədə Qida Təhlüksizliyinin fitosanitar sertifikat vermə prosesi artıq 3-4 gün çəkir. Bu özü də artıq istehsalçı və məhsul üçün problemə çevrilib.
- Yəni Rusiya tərəfi o qədər təzyiq edir ki, AQTA daha detallı yoxlayır və bu da vaxt itkisi ilə nəticələnir?
- Bəli, AQTA çox detallı inspeksiya həyata keçirir. Mən hesab edirəm ki, istixananı yoxlamaq üçün 15 gündən bir aparılan yoxlama kifayət edir, çünki eyni istixana, eyni məhsuldur, gündə sirayətlənmə və təmizləmə olmur. Buradan çıxan məhsulu da yoxlamaq üçün bizim fikrimizcə hər bir məhsul partiyasını yoxlamağın mənası yoxdur. Çünki kifayət edər ki, həftədə bir dəfə bir partiya məhsul yoxlanılsın. Bu rejimlə həm məşsulu, həm də müəssisəni nəzarətdə saxlamaq mümkündür. Bilirsən ki, orada sirayətlənmə var yoxsa, yoxdur, daha məhsulu hər gün yoxlamaq lazım deyil.
- Bu vəziyyət böyük vaxt itkisinə səbəb olur, eləmi?
- Əlbəttə, elə müəssisə var ki, yay aylarında gündə 2,3 hətta 4 maşın məhsul istehsal edir. Bütün maşınları yoxlamaq kifayət qədər vaxt alır. Burada həm texniki təminat, həm işçi, həm də laboratoriya tələb olunur ki, bu proses sürətli getsin. Amma indi bu proses 3-4 gün, hətta bəzən pestisid analizi götürüləndə 5 gün davam edir.
- Prosesi təsvir edə bilərsinizmi - məhsul necə yoxlanılır ki, bu qədər vaxt itirilir?
- Baxın, həftə sonunda istehsal olunan pomidorun satışa getməsi üçün AQTA-ya bir gün əvvəldən müraciət olunmalıdır. Tutaq ki, müraciət 4-cü gün oldu, ondan sonra növbəti gün, yəni 5-ci gün AQTA nümayəndələri gəlib nümunə götürürlər. Şənbə-bazar iş günü deyil, 1-ci gün ona baxılır və 2-ci gün pestisid analizinin nəticələri çıxacaq. Nəticədə 4-cü gün müraciət edilmiş pomidor partiyası növbəti həftənin ikinci gününə kimi müəssisədə maşının içində dayanıb qalır, köhnəlir və keyfiyyətini itirməyə başlayır. Bundan sonra yaxşı halda 4-5 günə Rusiyaya çatacaq.
- Belə məlum olur ki, bu proses nəticəsində Azərbaycan pomidorları Rusiyaya çatana qədər keyfiyyətini də itirir
- Əlbəttə, artıq Rusiyada Azərbaycan pomidoru əvvəlki kimi lüks məshul sayılmır. Çünki artıq bizdən oraya həmişə köhnəlmiş mal gedir. Bu gün Rusiya bazarında təzə, necə deyərlər «sveji» Azərbaycan pomidoru artıq mövcud deyil.
Bundan əlavə, Rusiya tərəfində Azərbaycan pomidorlarının ixracı ilə bağlı başqa bir məhdudiyyət də var ki, bizə böyük zərər vurur.
- Bu məhdudiyyət nədər ibarətdir?
- Söhbət gömrük keçid məntəqələrindəki problemdən, malların ləngidilməsindən gedir. Bizdə olan məlumata görə, Azərbaycanla sərhəd gömrük keçid məntəqəsində Rusiya tərəfinin cəmi 200 avtomobil buraxmaq gücü var. Bu bir dəfə qışda olmuşdu, 4 həftə müddətdə. Həmin 4 həftə ərzində Azərbaycan məhsullarını Rusiyaya aparan maşınlar sərhədi 7, 8, 9 günə keçdi, yəni 9 gün növbədə dayandı. Bir də may ayının əvvəlindən iyunun 9-dək bu proses davam edirdi ki, maşınlar 8-10 gün sərhəddə dayanırdı.
İndi siz təsəvvü edin, 3-4 gün Qidə Təhlükəsizliyinin yoxlaması, 9-10 gün sərhəddə dayanmaq, 2-3 gün də yola sərf edilən vaxt. Nəticəcə pomidor Rusiyanın paytaxtı Moskva şəhərinə 14-17 gün ərzində gəlib çıxır. Bu pomidor artıq heç kimə lazım deyil, çünki artıq xarab olmağa başlayır. Ona görə də ordan Rusiyanın digər şəhərlərinə də dağıdılmır. Belə deyək, Moskvanın özündə Azərbaycanın keyfiyyətini itirmiş pomidorlarının böyük bir tıxacı yaranıb.
- Pomidorları Rusiyanın regionlarına paylamırlar ona görə ki, yenə yol və vaxt itkisi olacaq və keyfiyyət bir az da pisləşəcək, eləmi?
- Əlbəttə, həmin pomidorlar heç regiona gedib çıxmaz. Elə Moskvada, maşın açılanda göürünür ki, məhsul xarabdır.
Nəticədə ilin ən məhsuldar olan dövrünü itiririk. Ümumiyyətlə pomidor istehsalçıları üçün ildə ən məhsuldar 8 həftə var. Bu aprelin son həftəsindən başlayır iyunun 3-cü həftəsinə kimi. Bu məhdudiyyət və problemlər də həmin dövrə düşdü, Nəticədə hazırda çox böyük itkilərlə üzləşirik. Nə buradan pomidor alan var, çünki onu aparıb çatdırmaq mümkün deyil, oradakı pomidorlar da dəyər-dəyməzinə satılır.
Ona görə də bu gün (müsahibə iyunun 10-ada alınıbda) yəni pik dövrü sayılan bir vaxtda pomodorun nə satışı, nə də dəyəri-qiyməti var. Bütün bunun üzərində çalışan, əməyi olan fəhlə, aqronom, mühəndis, daşımaçılar və sairin əziyyəti puç olur, çünki böyük çətinliklə yetişdirdikləri məhsulu sata bilmirlər.
- Bəşir müəllim, keyfiyyətin aşağı düşməsi pomidorun qiymətinə də təsirini göstəribmi?
- Əlbəttə, ötən il bu vaxt pomidorun qiyməti 100 rubl ətrafında idi. Çox keyfiyətli pomidoplr 130 rubl, bir az köhnəmlişlər 100 rubl idi. İndi belə qiymətlər yoxdur. Müştəri varsa 40-60 rubla satılır. O da təyinat yerinə sağlam şəkildə çatmış mallara aiddir.
- Keyfiyyətini itirdiyinə görə malların geri qaytarılması da olurmu?
- Təbii ki, yararsız mallar qaytarılır və elə yerində də tullantı kimi atılır. İtkinin həcminə gəlincə, əgər pomidor partiyası istehsalçıdan təyinat yerinə 5 günə gedib çatırsa, itki 1%-i keçmir. İndi isə itki 50%-ə çatır.
- Bəşir müəllim, konkret olaraq sizin şirkət haqqında danışsaq, sizin ixracınız 2020-ci ilin eyni dövrü ilə müqayisədə nə qədər azalıb?
- İndi mövsümün qızğın vaxtı olduğuna görə rəqəmləri dəqiq deyə bilmirik, çünki satışda olan rəqəmlər hələ bağlanmayıb, pulları ödənməyib, bəzi mağazalardan bizə iddialar daxil olur, keyifiyyətlə bağlı. Amma ümumilikdə ötən illə müqayisədə satış dəyəri 50% azalıb.
- Bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsi Rusiyaya məhsul ixrac edən sahibkarlara müraciət edərək onlara təklif etdi ki, məhsullarını dəmiryolu ilə göndərsinlər. Müraciətdə deyilirdi ki, dəmiryolu 24 saat işləyir, daşınma xərci də azdır, daşınma və rəmiləşdirə müddəti də 2 dəfə aşağıdır. Bu sizin üçün, pomidor istehsalçıları üçün variant ola bilərmi?
- Biz bu təklifi analiz elədik, bizim analizimizə görə, əsas məsələ qarşı tərəfdə (yəni Rusiyada) məhsulu qəbul edəcək infrastrukturun olmasıdır. O tərəfdə vaqonu qəbul edib boşaltmaq üçün 3 gömrük keçid məntəqəsi var.
Bunlar Viaduk (Dağıstan), Mojaysk (Moskva vilayəti) və Moskvada «Food Sity»nin gömrük məntəqəsidir.
Bundan heç birində bugünkü isti havalarda soyuducu şəraitində vaqonları qəbul edib boşaltmaq və başqa maşınlara yükləmək üçün infrastruktur yoxdur. Bu – pomidorun qatarla daşınması ilə bağlı birici problemdir.
İkinci problem ondan ibarətdir ki, pomidoru vqonla daşımaq üçün, yəni bu prosesin iqtisadi cəhətdən səmərəli olması üçün azı 5 soyuducu vaqon olmalıdır ki, dalbadal qoşulsun ki, onu buradan aparmaq mümkün olsun. Məsələ bundadır ki, pomidor təyinat məntəqəsinə tez çatmalıdır. Onu məsələn, metal kimi 15-20 gün daşımaq olmaz. Bunun üçün isə azı 5 vaqon olmalıdır ki, qatar onu aparsın.
Bir vaqona 60-65 ton məhsul yığıldığını nəzərə alanda ümumi partiya 300 ton məhsul yığılmalıdır ki, bu iş təşkil edilsin. 300 tonu necə taplamaq olar? İndi təsəvvür edin, bir refrijerator avtomobilə 17 ton məhsul yerləşir. 17 ton məhsulu avtomobilə yüasəliyib aparmaq və Rusiyaya göndərmək daha sərfəli variantdır.
- Bəşir müəllim, bəs bu vziyyətdə sizin planınız necədir, sadəcə bu prosesi müşahidə etmək, yoxsa hər hansı addımlar atılacaq?
- Bizim planımız yox, ümidimiz onadır ki, əsas bazarlardan biri olan Rusiya ilə ticarət əlaqələri, logistika, gömrük və fitosanitar məsələləri həll olunsun. İstəyirik ki, Rusiya tərəfində Azərbaycanın artmış ixrac imkanlarına uyğun olaraq keçidi təmin edə biləcək infrastruktur qurulsun.
- Bu məsələər necə həll oluna bilər?
- Bizim ümidimiz cənab prezidentədir. Çünki həmişə ölkədə istehsalçıların arxasında cənab prezident dayanıb, istehsalın artması da onun istehsalçılara göstərdiyi qayğı nəticəsində oldu.
Bildiyiniz kimi, 2016-cı ildə investisiya sertifikatları layihəsi oldu, onun hesabına biz bir çox investisiya cəlb edərək bu sahələrə yatırdıq. Yeni texnologiyalar gətirdik və mütəxəssislər yetişdirdik. Artıq Azərbaycan dünyanın ən güclü pomidor istehsalçıları arasındadır. Ancaq həmin o pomidoru bizim böyük bazarımız olan Rüsiyaya çatdırmaqda texniki problemlər var. Bu problemlər aradan qaldırılırsa - biz də buna ümid edirik – bizə lazımdır ki, məhsulumuz 4-5 gündən sonra istehlakçıların masasında, heç olmasa mağazada olsun. Biz məhsulu 15 gün daşıyıb apara bilmərik. Bu çox köhnə məhsul olur.
- Bəşir müəllim, Rusiyaya pomidoru müxtəlif ölkələrdən gətirirlər - Özbəkistan, Ermənstan, İran və sair. Belə karantin tələbləri onlara qarşı da qoyulub, yoxsa, yalnız bizə aiddir?
- Bu zərərverii Rusiyada karantin listində var. Bu listin də tətbiq olunması qaydası var. Bu həm beynəlxalq normalara, həm də Rusiyanın öz qanunvericiliyinə və normativlərinə arxalanan prosedurdur. Bu prosedur da nə vaxtsa 10 il bundan əvvəl hazırlanıb və bu zərərverici siyahıya daxil edilib. Biz hesab edirik ki, Rusiya tərəfi özünə lazım olanda bunu siyasi motivlərlə, qarşı tərəfə təzyiq kimi istifadə edir.