Aqrar

«Qiymət bir az da artsa, bazara müdaxilə etmək lazımdır» – EKSPERTDƏN XƏBƏRDARLIQ

«Qiymət bir az da artsa, bazara müdaxilə etmək lazımdır» – EKSPERTDƏN XƏBƏRDARLIQ | FED.az
11:06 4 Aprel 2019

Azərbaycanda kartof-soğanın qiymətinin artması hazırda pik həddəir və bahalaşmanın bundan sonra da davam edəcəyi təqdirdə, dövlət qurumları bazara müdaxiləetməlidir. Bu barədə FED.az-a kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.

Qeyd edək ki, son günlər, xüsusilə İranın Azərbaycana kartof-soğan ixracına qadağa qoyacağını elan etdikdən sonra ölkədə kartof-soğan bahalaşıb. Qeyd edək ki, sözügedən qadağa bugündən – aprelin 4-dən qüvvədəyə minib.

Amma qadağanın təsiri onun özündən əvvəl hiss edilməyə başlayıb. İndi dükan-bazarlarda kartof-soğanın qiyməti 1,5-2 manat arasında dəyişir.

Hərçənd ekspertin sözlərinə görə, qiymət artımı əslində bu məhsullar ətrafındakı ajiotajın nəticəsidir – əslində bahalaşma üçün real səbəb yoxdur. Belə ki, Azərbaycanın soğana olan illik tələbatı 160 min tondur. Ölkədə isə hər il 233 min tona yaxın soğan tədarük edilir. Başqa sözlə, daxili tələbatdan əlavç, ehtiyatda 73 min ton soğan qalır. Doğrudur, bunun bir hissəsi xaricə ixrac edilir, amma bu il ixracın da həcmi azalıb. Belə ki, bundan əvvəlki illərdə ölkədən hər il 40-50 min ton soğan ixrac olunduğu halda, bu il ixrac cəmi 7 min ton təşkil edib. Onun 5 min tonu Türkiyəyə göndərilib.
Eləcə də bax: İrandan Azərbaycana - KARTOF-SOĞAN QADAĞASI

Başqa sözlə, soğanın bahalaşması üçün iqtisadi əsas yoxdur.

Soğandan fərqli olaraq kartof məhsulunda Azərbaycanın xarici ölkələrdən asılılığı var. N.Nəsirli bildirir ki, Azərbaycanın kartofa tələbatı ildə 887 min ton təşkil edir. Ölkədəisə bundan daha artıq – 1 milyon ton ətrafında kartof tədarük edilir. Sadəcə kartofun saxlanması imkanları aşağı olduğu üçün onun bir hissəis sürətlə sərf edilir və ölkənin tələbatından artıq tədarük edilməsinə baxmayaraq bu məhsul Azərbaycana cəmi 9 ay kifayət edir. Artıq otkyabr ayından kartovfun xaricdən idxalına başlanılır. Hər il Azərbaycan xaricdən 150-160 min tonadək kartof idxal edir. Bnun 50-60 min tonu İran kartofunun payına düşür. İran məhsulunun populyar olmasının səbəbi onun ucuzluğudur. Məhz buna görə İranın Azərbaycana kartof-soğan idxalına qadağa qoyması qiymətlərə belə ciddi təmir edib.

Ekspert hesab edir ki, İranın qadağasının qiymətlərə təsiri artıq  özünü göstərib, yəni qarşıdakı vaxtlarda qiymətlərin daha da artması ehtimalı azdır: «İran tərəfi bu qadağa barədə elan etdikdən dərhal sonra yerli kartof-soğan ticarətçiləri pərakəndə satışda qiymətləri artırdılar, hərçənd topdansatış məntəqələrində satış həcmi dəyişməyib».

N.Nəsirlinin fikrincə, qiyətlər böyük ehtimalla indiki həddən çox yüksəlməyəcək. Amma əgər bu baş verərsə, dövlət qurumları bazara mübdaxilə eləməlidirlər: «Söhbət inzibati müdaxilədən getmir, yəni satıcıdan qiyməti aşağı salağı tələb etmək olmaz. Əvəzində bazara əlavə, daha ucuz məhsullar çıxarılmalı, yarmarkalar təşkil edilməlidir ki, alıcıların seçim imkanları olsun».

Bununla yanaşı, ekspertin sözlərinə görə, bazara müsbət siqnal yaxın vaxtlarda yazlıq məhsulların yığımının başlanmasıdır: «Artıq   Cəlilabadda kartof yığımı yaxınlaşır, 2 həftəyə yeni məhsul bazarda olacaq, bu da ajiotajın qarşısını almağa imkan verəcək». 

Digər xəbərlər