İmişlidə son illər darı sahələri genişlənir. Təkrar əkin olaraq becərilən darı həm tez yetişir, həm də bol məhsul verir, eyni zamanda, torpağın münbütləşməsinə də müsbət təsir göstərir.
1 hektardan 80-120 ton meyvə almaq mümkündür - ALMA BAĞINDAN REPORTAJ
FED.az xəbər verir ki, İmişlidə cari ildə 1000 hektardan çox darı becərilib. Sahələrin 90 faizində biçin tamamlanıb. Fermerlər darı sahəsinin yerində taxıl əkmək üçün aqrotexniki işlərə hazırlaşırlar.
Rayonda darı becərən fermerlərdən olan Seyfəli Qədirov da bu sahənin gəlirli olduğunu bildirir. “Çox faydalı bitkidir, həm qısa müddətdə yetişir, həm də məhsuldarlığı çoxdur. Becərmə üçün yemləmə gübrəsi verdikdən sonra üç dəfə suvarılır. Hər hektara 150 kiloqram gübrə səpilir, bu da məhsudarlığı artırır. Dövlət tərəfindən subsidiya da verilir. Çox sərfəlidir, taxıl biçildikdən sonra sahə boş qalmır, eyni zamanda, torpaq qatının münbütləşməsinə çox müsbət təsir göstərir”, - deyə o vurğulayıb.
Darı bitkisinin faydalarından danışan İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçlik sektorunun rəhbəri Seymur Əsədov deyir ki, bitki təkrar əkin zamanı geniş istifadə edildiyini üçün fermerlərin bu sahəyə marağı artıb. “Darı çox qüvvətli yem bitkisi sayılır və təkrar əkində geniş istifadə olunur. Əsasən arpa və buğda biçilidikdən sonra şum işi aparılır və yerində darı səpini aparılır. Bu bitkinin vegetasiya müddəti 45-50 gündür, ona görə də təkrar əkin üçün çox faydalı hesab edilir. Payız fəslində isə arpa, buğda və yonca səpini əkilənə qədər darının biçini yekunlaşır. Məhsuldarlığı da yaxşı olur, hər hektara 40-50 sentner arasında məhsul verir", - deyə Seymur Əsədov bildirib. (Azərtac)