Şimal bölgəsinin müasir tipli alma bağlarında bol məhsul yerişib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hazırda Qusarda məhsul yığımının qızğın çağıdır. Bu günə kimi alma bağlarında 16 min ton məhsul əldə edilib.
Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını açıqlayıb - ƏKİNLƏR, MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Rayonun Qalacıq kəndində 150 hektardan çox sahədə salınan superintensiv meyvə bağlarının 52 hektarında alma becərilir. Bağların ilk məhsulu avqust ayında toplanılıb. Hazırda isə “Golden” sortu becərilən bağların məhsulu yığılır.
Təsərrüfatın direktoru Eynulla Musayev bildirib ki, yığılan alma əvvəlcə soyuducu anbarlarda saxlanılır. Kütləvi yığım zamanı toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir. Təsərrüfatda becərilən meyvələr Rusiya ilə yanaşı, Orta Asiya və Körfəz ölkələrinə də ixrac olunur.
Azərbaycanın xaricə satdığı alma, armud və heyva bahalaşıb – İXRACI KƏSKİN ARTIB
“Bizim təsərrüfatda tumlu və çəyirdəkli meyvələr becərilir. Alma, armud, şaftalı, nektarin, gavalı bağlarımız var. Sentyabrın ilk günlərindən alma yığımına başlamışıq. İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir. Meyvə toplanan zaman cərgələr arasında kiçikqoşqulu traktor hərəkət edir. Yığılan almalar soyuducu anbarlara daşınır. Müəssisəmizin fəaliyyət zəncirində becərmə, depolama, qablaşdırma və ixrac əsas yer tutur. Keçən il bağlarımızdan 3000 tona yaxın məhsul istehsal olunub ki, burada almanın payı 2200 tondur. Məhsulun böyük hissəsi xarici bazarlara ixrac edilib”,-deyə Eynulla Musayev söyləyib.
Türkiyədə limon, portağal, mandarin bahalaşacaq - İSTEHSAL 30-50% AZALACAQ
Hazırda Qusar rayonunda 14 min 610 hektar meyvə bağı mövcuddur ki, bunun da 4787 hektarı alma bağlarıdır.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov bildirib ki, rayonda intensiv bağçılığın inkişafı üçün böyük imkanlar, dövlət dəstəyi mövcuddur və son illər bu istiqamətdə mühüm addımlar atılıb.
“Rayonda müasir meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətədavamlı məhsul istehsal etməkdir. 2024-cü ildə Qusar rayonunda ümumilikdə 72 min 479 ton meyvə istehsal olunub, bundan 50 min 800 ton alma məhsulu təşkil edir. Bu, ötən illərlə müqayisədə daha yüksək göstəricidir və məhsuldarlığın artdığını göstərir. Cari ildə bu günə kimi rayonda 30 min tona yaxın meyvə yığılıb. Bundan 16 min tonu almadır. Məhsul yığımı noyabr ayının sonuna qədər davam edəcək”,-deyə Rauf Minhacov söyləyib.
İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən az olur. İntensiv bağlarda bir hektarda 650, superintensiv bağlarda 1200, ultraintensiv bağlarda isə 20 min ədəd meyvə tingi becərilir. Bu bağlardan müvafiq olaraq 40-50, 70-80 və 80-120 ton məhsul almaq mümkündür. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə, məhsuldarlıq da yüksək olur.
Ölkə ərazisində istehsal olunan meyvənin həcminin artırılması xarici məhsula tələbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir (AzərTac).