Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasında Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Naxçıvanda yeni nazir - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı onun qısa tərcümeyi-halını təqdim edir:
Fərid Talətdin oğlu Bağırzadə 1994-cü ildə Bakı şəhərində anadan olub.
2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib.
2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.
2016-2018-ci illər ərzində “Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmtəə dövriyyəsi və logistika departamentində, 2019-2023-cü illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə çalışıb.
DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyib.
2023-2024-cü illər ərzində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. (Modern)











