Küncüt yağı əlavə valyuta gətirə bilər. Bu bitki heyvandarlıq üçün də əlverişli hesab olunur. Mütəxəssislər bu sahəyə əhəmiyyət verməyi vacib hesab edirlər.
FED.az xəbər verir ki, Saatlıdan olan təsərrüfatçı Anar İbadovun sözlərinə görə, küncütdən yağ alaraq xarici bazarda satmaq olar. Elə digər təsərrüfatçılar da bu fikirdədir.
Mütəxəssislər bildirir ki, bir zamanlar küncüt əkilən sahələrin ərazisi geniş olub. Lakin bitkiçiliyin digər sahələri sonradan küncüt əkinini üstələyib. Amma aidiyyatı qurumlar bu sahəyə əhəmiyyət versələr əvvəlki şöhrətini yenidən qaytarmaq olar. Bitkidən heyvandarlıqda yem məqsədilə də istifadə etmək mümkündür.
Hektara 1-1,5 kiloqram toxum səpməklə 2 ton, 2 ton yarım məhsul əldə olunur. Hər hektar sahə üçün 700-800 manat xərc çəkməklə 2500-3000 manat arasında gəlir götürmək mümkündür.
Hazırda küncütün yığımı başa çatmaq üzrədir. Təsərrüfatçılar bildirir ki, toplanan məhsul bir neçə mərhələdən keçir. İndi küncütün bir kiloqramı təsərrüfatçılardan 3 manata alınır. Bazarlarda isə 1 kiloqramı 12 manata təklif olunur. Əsas alıcılar isə qənnadı fabrikləridir.
Saatlı rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Ağa Əsədovun sözlərinə görə təkcə bu il rayon üzrə 46 hektardan çox sahədə küncüt əkilib.
ARB
Fermerlərdən 3 manata alınır, bazarlarda 12 manata satılır
11:43
8 Noy 2017