Nazirlər Kabinetinin qərarı ilə “Aqrar tədarük və təchizat” ASC-nin nizamnamə kapitalı kəskin azaldılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nazirlər Kabineti özünün 6 aprel 2026-cı il tarixli yeni qərarı ilə “Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə qərarında (289 saylı qərar – FED.az) dəyişiklik edib.
Həmin qərara əsasən “Aqrar tədarük və təchizat” ASC-nin nizamnamə kapitalı 6 dəfə azaldılaraq 6 milyon manatdan 1 milyon manata endirilib.













