Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl zəmilərinin – buğda əkinlərinin sığortalanması şərtləri açıqlanıb.
Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə taxıl zəmilərinin – buğda əkinlərinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.
Buğda əkini sahələrinin sığortalanması zamanı buğdanın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Qaydalara əsasən, hesablama aparılması üçün buğdanın 1 hektar sahə üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib.
Belə ki, bir hektar üçün məhsuldarlıq norması 5,2-167 sentner arasında, qiymət isə 30-45 manat/sentner arasında müəyyən edilib.
Buğda əkinləri üçün bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:
Süfrə |
Məhsuldarlıq (Sentner/ha) |
Qiymət (AZN/ Sentner) |
Minimum |
5,2 |
30 |
Maksimum |
167 |
45 |
Buğda sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:
Misal: Qobustanda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda
Sığorta məbləği = 4 x 25 x 30 = 3000 manat müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində buğda bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi - əksər riskləri əhatə edən «baza zərfi», digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.
1-ci sığorta zərfi
Birinci, «baza zərfi»ndə azadolma məbləği 10%-dir. Bu zərf buğda bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:
· dolu;
· yanğın;
· zəlzələ;
· torpaq sürüşməsi;
· qasırğa;
· fırtına;
· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat
2-ci sığorta zərfi
İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir.
Bu zərf buğda bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
2-ci sığorta zərfinə aid risklər:
· bitki xəstəlikləri və zərərvericilər;
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat
3-cü sığorta zərfi
Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10%-dir. Bu zərf buğda bitkisini gövdə hissəsində yaranan miqdar itkisindən qoruyur.
3-cü sığorta zərfinə aid risklər:
• gövdə hissəsində yaranan miqdar itkisi üzrə təminat;
Daha sadə desək, 3-cı sığorta zərfi fermerləri, məhsulun gövdə hissəsində yaranan miqdar itkisindən qoruyur. Məsələ bundadır ki, buğda bitkisində əsas məhsul buğda sayıldığından bitkinin vacib hissəsi onun sünbülüdür. İlk iki sığorta zərfi də məhz həmin hissəni sığortalayır. Bununla yanaşı, buğda bitkisinin gövdə hissəsi olan saman da heyvandarlıqda yem kimi istifadə edilir və onun da maddi əhəmiyyəti var.
Ona görə də buğda əkən fermerlər istəsələr, 3-cü sığorta zərfindən istifadə etməklə bitkinin gövdə hisəsini də sığortalaya bilərlər.
Hansı sığorta zərfinin seçilməsi fermerin və ya buğda zəmisinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.
Buğda sahəsniin sığortalanması üçün tariflər və sığorta haqları
Buğda bitkisinin sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları buğdanın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.
Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.
Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:
|
1-ci (baza) sığorta zərfi |
2-ci sığorta zərfi |
3-cü sığorta zərfi |
İqtisadi rayonlar |
· dolu; · yanğın; · zəlzələ; · torpaq sürüşməsi; · qasırğa; · fırtına; · üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat |
· bitki xəstəlikləri və zərərvericilər;
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat |
· gövdə hissəsində yaranan miqdar itkisi üzrə təminat |
Azadolma |
10 % |
30% |
10% |
Gəncə-Qazax |
4,03% |
2,0% |
1,61% |
Aran |
1,31% |
2,0% |
0,52% |
Quba-Xaçmaz |
1,10% |
2,0% |
0,44% |
Şəki-Zaqatala |
2,68% |
2,0% |
1,07% |
Dağlıq Şirvan |
1,87% |
2,0% |
0,75% |
Lənkəran |
1,10% |
2,0% |
0,44% |
Abşeron |
1,10% |
2,0% |
0,44% |
Yuxarı Qarabağ |
1,63% |
2,0% |
0,65% |
Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır.
Ayrı-ayrı bölgələrdə buğda sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:
Misal 1: Qobustanda (Dağlıq Şirvan bölgəsi) əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda
Sığorta haqqı = 3 000 manat X 1,87% = 56,1 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 3 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 28,05 manat və ya hər hektara cəmi 7 manat ödəyir.
Misal 2: Tovuzda (Gəncə-Qazax bölgəsi) əkin sahəsi – 10 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 25 sentner, 1 sentner məhsulun bazar qiyməti 30 manat olduqda
Sığorta haqqı = 7 500 manat X 4,03% = 302,2 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 7 500 manat olan məhsulun sığortalanması üçün fermer 151 manat və ya hər hektara cəmi 15,1 manat ödəyir.
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Fermerlərə sığorta haqqı güzəştləri
Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.
Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir.
Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.
Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Buğda əkini sahələrinin sığortalanması üçün müraciətlər başlayıb.
Aqrar Sığorta Fondundan FED.az verilən məlumata görə, buğda əkini sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb.
Fermerlər və iş adamları buğda sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 15-dək davam edəcək.
Aprelin 15-dək edilən müraciətlərdə buğda əkini sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Aprelin 15-dən mayın 15-dək olan dövrdə edilən müraciətlər zamanı isə buğda əkini sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək