"Respublikanın 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır".
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Ş.Abdullayev qeyd edib ki, aqroparkların yaradılmasına 251 mln. manat, o cümlədən infrastruktur təminatına 149 mln. manat dövlət investisiyası və 102 mln. manat güzəştli kredit ayrılıb. Onun sözlərinə görə, 11 aqropark üzrə 350 mln. manat dəyərində dövlət investisiya təşviqi sənədi verilib, kompleks aqrolizinq xidmətləri göstərilib.
"Aqroparkların 3-də birinci mərhələ başa çatdırılıb, 25-də tikinti-quraşdırma və 15-də layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin daha da artmasına səbəb olacaq"-deyə, Ş.Abdullayev vurğulayıb.