Xəbər verildiyi kimi, bir neçə həftədən sonra ölkənin iki pambıq müəssisəsi - «İmişli Pambıq» ASC və «Neftçala Pambıq» ASC səhmdarlarının toplantısı keçiriləcək. FED.az xəbər verir ki, sinxron keçirilən bu toplantılarda baxılacaq əsas məsələlərdən biri adı çəkilən şirkətlərin başqa şirkətlərdəki paylarının satılmasıdır.
Qeyd edək ki, hər iki müəssisənin sahibi ölkənin ən böyük pambıq emalı şirkətlərindən biri olan «MKT» İstehsalat Şirkətidir.
Şirkətdən FED.az-a veriən məlumata görə, «İmişli Pambıq» ASC və «Neftçala Pambıq» ASC-lərin başqa müəssisələrdə sahib olduğu payların satılması onların maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədi daşıyır.
«Həmin müəssisələrin MKT-nin tərkibində olan başqa bir şirkətdə payı vardı, həmin şirkət vaxtilə xarici kapitalla yaradılmışdı, amma sonra payını MKT-yə satmışdı».
Son vəziyyətə belədir ki, «İmişli Pambıq» ASC və «Neftçala Pambıq» ASC-lərin həmin şirkətdəki payı satılır, və alıcı kimi MKT şirkəti çıxış edəcək.
Şirkətdən bildirilib ki, bu addım adı çəkilən müəsisələrin maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədilə atılır. Belə ki, uzun müddət fəaliyyətsiz qalan bu iki müəssisənin 400-500 min manat arasında vergi borcları yığılıb. Bunlar uzun müddətdir ki, əmlak və torpaq vergilərindən formalaşıb. İndi isə onların bağlanması üçün əlavə aktivlər satılır.