2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 29 min 43 ton gübrə idxal edilib.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, gübrə idxalına çəkilən xərcin dəyəri 19 milyon 600 min dollar olub.
Gübrə idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 5 min 505 ton və ya 23,4%, dəyər ifadəsi ilə 8 milyon 671 min dollar, yaxud da 79,3% artıb.
Belə ki, 2025-ci ilin ilk iki ayında ölkəyə 23 min 538 min ton miqdarında, 10 milyon 929 min dollar dəyərində gübrə idxal edilmişdi.
Bu ilin ilk 2 ayında Azərbaycanın xaricdən aldığı gübrənin bir kiloqramının orta qiyməti 0,67 dollar (təxminən 1,14 manat) təşkil edib.
Bu, illik müqayisədə 0,21 dollar (təxminən 35 qəpik) və ya 46% bahadır. Belə ki, 2025-ci ilin eyni dövründə Azərbaycan xaricdən gübrənin 1 kiloqramını orta hesabla 0,46 dollardan (təxminən 79 qəpik) almışdı.













