Azərbaycan Sənaye Korporasiyasının (ASK) törəmə şirkətlərindən birinin nizamnamə kapitalı artırılıb.
Eləcə də bax: Azərbaycanda yeni - Aqropark Yaradılır
FED.az Banker.az-a istinadən xəbər verir ki, “ASK Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 2 413 manat, yaxud 0.37% artırılıb.
Beləlilə, ASK Agro-nun nizamnamə kapitalı 645 006 manat olmuşdur.
“ASK Aqro” MMC 2018-ci ildə yaradılıb və Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərir. Südçülük-maldarlıq üzrə damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafında mühüm yer tutur. Müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır. Heyvandarlıq kompleksinə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6000 ton tutumu olan anbar mövcuddur.