Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində kənd təsərrüfatı xərcləri 100 milyon manat artırılır.
4 ayda fermerlərə 20,7 milyon manat güzəştli kredit verilib
Bu barədə FED.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1102,6 milyon manata qarşı 1202,6 milyon manat və ya 100,0 milyon manat (9,1 faiz) proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.