Bu ilin yanvar-aprel ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 4286 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 2,1 dəfə üstələyir.
Bu il Azərbaycanda fermerlərə dəymiş zərərlər üzrə ödənişlər - 2,2 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk dörd ayında aqrar sektorda fəaliyyət göstərən 1060 fiziki və hüquqi şəxsə 20,7 milyon manat məbləğində güzəştli kredit verilib.
Bunun 18,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 35 min manatı güzəştli kreditlər, 1,9 milyon manatı isə mikrokreditlərdir.