Prezident İlham Əliyev Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında frəman imzalayıb.
Eləcə də bax: Azərbaycan yanvar-may aylarında 355,6 min ton, mayda – 47,5 min ton buğda - İDXAL EDİB
FED.az-ın məlumatına görə fərmanın verilməsində məqsəd ölkənin özünü ərzaq buğdası ilə təmin etməsi imkanını artırmaqdır.
Sənəddə bunun üçün bir neçə yenilik nəzərdə tutulub. Onlardan biri buğda istehsalçıları üçün yeni subsidiya mexanizminin tətbiqidir.
Beləliklə, fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (bundan sonra – tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.
Başqa sözlə, bu subsidiya yalnız o təsərrüfatlara veriləcək ki, onlarda müasir suvarma sistemləri qurulmuş olsun. Bundan başqa, həmin tədarükçülər qarşıdakı illərdə buğda istehsal edəcəklərinə aid öhdəlik götürməlidirlər.
Belə şəxslər 2023-cü ildən başlayaraq qarşıdakı 5 il ərzində məhsul subsidiyası alacaqlar. Məhsul subsidiyası - təsərrüfatın təhsil verdiyi məhsula görə hesablanan subsidiyadır. Təhsil verilən məhsulun həcmi və sahədən məhsuldarlıq yüksək olduqca, subsidiya məbləği də artır.