Aqrar

Azərbaycanda aqrar sığorta başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR 

Azərbaycanda aqrar sığorta başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR  | FED.az
14:18 14 Dek 2018

Azərbaycanda kənd təsərrüfatının sığortası başlanıb. FED.az xəbər verir ki, artıq ölkədə aqrar sahəni sığortalamaq istəyən şirkətlər üçün sığorta və təkrar sığorta şərtləri də müəyyən edilib. Qeyd edək ki, bu sığorta özəl şirkətlər tərəfindən tətşi edilir və onun Kənd Təsərrüfatı Nazirliyinin tətbiq edəcəyi  yeni sistemə aidiyyatı yoxdur. Beləliklə…

 

FED.az  xəbər verir ki, yeni sığorta kənd təsərrüfatı məhsullarının, kənd təsərrüfatı heyvanlarının, atların, balıq və meşə təsərrüfatlarının, eləcə də hazırda əsas sahələrdən birinə çevrilmiş istixanaların «parnikləri» sığortasını nəzərdə tutur. Bu sahələrin dolu, sel-daşqın, yanğın, donvurma, fırtına və quraqlıqdan sığortalanması nəzərdə tutulur.
 

ELƏCƏ DƏ BAX: Bank və sığorta müdirləri Lənkəranda açılışda
 

Şərtlərə görə, bu obyektlərin sığorptasında bir neçə növ təminaıt üsulundan istifadə olunacanq. FED.az  xəbər verir ki, bunlar faktiki zərərə əsaslanan təminat, indeksləşdirilmiş sığorta təminatı, sadalanan risklərə qarşı təminatı və bütün risklərə qarşı təminatdır. Hələlik Azərbaycanda bunlardan birinə – sadalanan risklərdən dəyən faktiki hərərə görə təminata üstünlük verilir.

 

Sığorta ödənişinin məbləği isə

Sığorta məbləği=Məhsuldarlıq (Ton/ha)*Sahə (ha) düsturu ilə hesablanır.

 

Misal

Müqavilə şərtləri

 

Risk – dolu

Sahə 100 hektar

Məhsuldarlıq 10 Ton/hektar

Sığorta məbləği  - 10 min AZN

Limit – tam dəyər

Azadolma – Sıorta məbləğinin 5%-i

 

Zərər tənzimlənməsi

Sahənin 50%-ə 0% zərər dəyib

Sahənin 50%-ə 40% zərər dəyib

Zərər belə hesablanır

50%*0% + 50%*40% = 20%

 

Sığopta ödənişi = 10 000 * 20% - 10 000 * 5% = 1500 AZN

 

Təklif edilən sistemdə kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı sahəvi və regional limitlər də var. FED.az  xəbər verir ki, bir torpaq sahəsinin sığortası üzrə sığorta məbləği 2 milyon manatdan, bir region üçün isə 10 milyon manatdan artıq ola bilməz. Minimum azadolma məbləği isə 5%-dir.

Sığortalanmaq üçün ayrı-ayrı sahələr üzrə qiymətlər də fərqlidir. Ən yüksək tariflər çiyələk, kivi və feyxoaya aiddir.

Ümumilikdə ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə sığorta tarifləri belədir:


Bu risklər həm də təkrar sığortalanr, təkrar sığorta tarifi 10%-dir.
 

Kənd təsərrüfatı sığortası ilə bağlı təklif edilən sistemdə istisnalar da nəzərdə tutulub. Bunlar müharibə, terror, qiyam, iğtişaş, xəstəlik və həşaratların vurduğu zərər, kimyəvi maddələrin və güblərin vurduğu zərər, elektrik/su/qaz təchizatında yaranan problemlər, istixananın isitmə-soyutma sistemində olan qüsurlar, nəticəsində yaranan zərərlərdir. Eləcə də məhsul yığımından sonra baş vermş zərərlər də qarşılanmır.

Digər xəbərlər