Bu il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3117 vahid istixana fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 14 faiz artaraq 318,2 min ton, xiyarın istehsalı 37,9 faiz artaraq 25 min ton olub.
Təsərrüfatlarda 2023-cü ilin məhsulu üçün müvafiq işlər görülür.
Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 941,8 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 344,9 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Onlardan 190,7 min hektarı buğda, 154,1 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edir. (Azərtac)