Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) istixanaların ərazisinin genişlənməsi üçün Azərbaycanın «H and M Agro LLC» şirkətinə $2 milyon məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Eləcə də bax: AYİB Azərbaycan üzrə investisiya portfelini 3%-dən çox - ARTIRIB
FED.az banka istinadən məlumat verir ki, kredit Azərbaycan manatı ilə ayrılır.
Layihənin ümumi dəyəri $3,98 milyon həcmində qiymətləndirilir, bunun $1,98 milyonu – borcalanın vəsaitidir.
“H and M Agro LLC” kredit hesabına hidropon istixanalarının sahəsini (Salyan rayonunda) 5 hektardan 10 hektara qədər genişləndirməyi planlaşdırır. Bu, şirkətə məhsuldarlığı artırmağa, həmçinin adi istixanalarla müqayisədə su istehlakını azaltmağa imkan verəcək.
“H and M Agro LLC” MMC müasir istixanalarda pomidor, xiyar və bibər yetişdirilməsi ilə məşğul olur. Şirkət azərbaycanlı iş adamı Kənan Rəsulova məxsusdur.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 184 layihənin maliyyələşdirilməsinə 3,8 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 32 layihə daxildir və onların həyata keçirilməsinə 913 milyon avro ayrılıb (2022-ci il sentaybrın 3o-nə olan vəziyyətə görə - İF). (İnterfaks-Azərbaycan)