Azərbaycanın ixrac üçün ən yarardı olan məhsullarından biri – fındığın xarici ölkələrə, daha dəqiqi Almaniyaya neçəyə satıldığı məlum olub.
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandan Almaniyaya qabığı təmizlənmiş meşə findığı idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,1% artaraq 3,081 min tona çatıb. Almaniya Federal Statistika İdarəsinin (Destatis) materiallarına istinadən hesablamalarına görə, idxalın pulla ifadəsində həcmi 57,7% artaraq 16,751 milyon avroya yüksəlib.
Başqa sözlə, hesabat dövründə Almaniyaya ümumi dəyəri 16 milyon 751 min avro olan 3 min 81 ton fındıq ixrac edilib. Bu o deməkdir ki, fındığın hər tonu Almaniyaya 5436 avrodan və ya kilqoqramı 5,4 avrodan ixrac edilib, bu da təqribən 9,8 manat deməkdir.
Müqayisə üçün bildirək ki, 2022-ci ildin yanvar-avqust aylarında Azərbaycandan Almaniyaya ümumi dəyəri 14 milyon 331 min avro olan 2 min 437 ton fındıq ixrac edilmişdi.
ixrac olunan fındığın hər tonunun orta qiyməti 5880 avro və ya hər kiloqramın ixrac qiyməti 5,9 avro təşkil edib, bu da təqribən 10,5 manat deməkdir.