2024-cü ildə Azərbaycanın fərdi sahibkar təsərrüfatları gəlir və mənfəətlilik göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, eyni zamanda daha az işçi qüvvəsi ilə daha yüksək əmək məhsuldarlığına nail olublar.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Hesabat dövründə təsərrüfatların cəmi mənfəəti 710 min manat (7,3%) artaraq 9 milyon 780 min manatdan 10 milyon 490 min manata çatıb. Bununla yanaşı zərərlərdə qeydə alınıb: təsərrüfatların zərəri 303,8 min manat (41,3%) azalaraq 735,8 min manatdan 432 min manata enib.
Ötən illə müqayisədə fərdi təsərrüfatların ümumi mənfəəti 1 milyon 014 min manat (11,2%) artaraq 9 milyon 044 min manatdan 10 milyon 58 min manata yüksəlib. Bu artım həm satış gəlirlərinin yüksəlməsi, həm də zərərlərin kəskin azalması fonunda baş verib. Belə ki, satışdan əldə edilən gəlir 3 milyon 932 min manat (11,6%) artaraq 33 milyon 992 min manatdan 37 milyon 924 min manata çatıb. Ən müsbət dinamika isə zərərlərdə qeydə alınıb: təsərrüfatların zərəri 303,8 min manat (41,3%) azalaraq 735,8 min manatdan 432 min manata enib.
Mənfəətin artması əsasən bitkiçilik sahəsinin hesabına olub. Bitkiçilikdən əldə edilən mənfəət 683 min manat (12%) artaraq 5 milyon 676 min manatdan 6 milyon 359 min manata yüksəlib. Bunun əksinə olaraq, heyvandarlıqda mənfəət cüzi azalaraq 107 min manat (4,6%) geriləyib və 2 milyon 314 min manatdan 2 207 min manata düşüb.
Maraqlıdır ki, maliyyə göstəricilərindəki bu artım daha az işçi qüvvəsi ilə əldə edilib. Təsərrüfatlarda məşğul olan şəxslərin orta illik sayı 438 nəfər (14%) azalaraq 3 milyon 121 nəfərdən 2 min 683 nəfərə enib. Muzdla işləyənlərin sayı da 206 nəfər (9,6%) azalaraq 2 min 143 nəfərdən 1 min 937 nəfərə düşüb.
Muzdla işləyənlərin tərkibində isə maraqlı dəyişikliklər baş verib: əcnəbi işçilərin sayı 2 nəfərdən 7 nəfərə yüksələrək 3.5 dəfə artsa da, muzdlu qadınların sayı 106 nəfər (15,4%) azalaraq 687 nəfərdən 581 nəfərə enib.
İşçilərin sayının azalması ilə yanaşı kənd təsərrüfatının ümumi məhsulunun cüzi də olsa artması (40 milyon 187 min manatdan 40 milyon 466 min manata) birbaşa olaraq əmək məhsuldarlığının yüksəlməsinə səbəb olub. Belə ki, bir məşğul şəxsə düşən ümumi məhsulun dəyəri 2 milyon 206 manat (17,1%) artaraq 12 milyon 876 manatdan 15 milyon 082 manata yüksəlib.
Məhsuldarlığın artmasına baxmayaraq, kənd təsərrüfatı təyinatlı əsas istehsal fondlarının dəyərində azalma müşahidə edilib. Fondların dəyəri 1 milyon 70 min manat (4,9%) azalaraq 21 milyon 747 min manatdan 20 milyon 677 min manata enib.