Bu ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5056 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Aqrar Subsidiya Şurası gələn il üçün subsidiya əmsallarını - AÇIQLAYIB - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında aqrar sektorda fəaliyyət göstərən 2662 fiziki və hüquqi şəxsə 54,18 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-avqust aylarına nisbətdə güzəştli kredit alanların sayı 8,8 faiz (215 nəfər), kredit məbləği isə 32,8 faiz (13,38 milyon manat) artıb.
Hesabat dövründə verilən kreditlərin 40,89 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 350 min manatı güzəştli kreditlər, 12,95 milyon manatı isə mikrokreditlərdir.
Bununla yanaşı, cari ilin yanvar-avqust ayları ərzində AKİA tərəfindən 2401 baş damazlıq heyvanın (1525 baş iribuynuzlu, 876 baş xırdabuynuzlu) alışına 5,35 milyon manat, habelə kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün 60,99 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb. (Azərbaycan iqtisadiyyatı Teleqram kanalı)