Bu ilin yanvar-sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5473 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.
Azərbaycanda 9 ayda kənd təsərrüfatı məhsullarının istehsalı - 10 MİLYARD MANATA ÇATIB
FED.az xəbər verir ki, Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin ilk 9 ayında aqrar sektorda fəaliyyət göstərən 3044 fiziki və hüquqi şəxsə 60,65 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətdə güzəştli kredit alanların sayı 6 faiz (193 nəfər) azalsa da, kredit məbləği 17,3 faiz (8,95 milyon manat) artıb.
Verilən kreditlərin 43,89 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 870 min manatı güzəştli kreditlər, 15,89 milyon manatı isə mikrokreditlərdir. ("Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı)