Banner

Aqrar

“Aqrar sektora ildə 1 milyard manat kredit lazımdır”

“Aqrar sektora ildə 1 milyard manat kredit lazımdır” | FED.az
07:55 26 Noy 2018

“Hesablamalarımıza əsasən, Azərbaycanda kənd təsərrüfatı sahəsinə ildə təxminən 1 milyardmanat kredit lazımdır”.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin (İH) sədri, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin üzvü Süleyman Kələşov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə aqrar sektorun maliyyələşdirilməsi ilə bağlı vəziyyət qaneedici deyil: “Ölkə üzrə ümumi kredit portfeli 11,7 milyard manatdır. Bunun isə cəmi 600-700 milyon manatı kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılıb. Ən çox kredit isə emal sahəsinə verilib”.

Eləcə də bax: Dağların başında “ulduz otağı” - FOTO

Digər xəbərlər

Banner