Almaniya Azərbaycandan çay alacaq. Bunu FED.az-a Gilan Holdinqin nəznində fəaliyyət göstərən Lənkəran meyvəçiliyin baş nəzarətçisi Rahab Əmirli bildirib.
Onun sözlərinə görə, artıq çay emal olunub və Almaniyaya ixraca hazırdır.
Eləcə də bax:Bu il Azərbaycanda ən çox tütün - HARDA ƏKİLİB?
Rahab Əmirli qeyd edib ki, Lənkəranda 7 hektar 4 sot bir ərazidə, 0,86 hektar da bir ərazidə yaşıl yarpaq çay növünü əkirlər. Yığım may ayında başlayıb avqust ayında başa çatıb. İki sahədən 3,500 ton məhsul yığılıb.
“Bizim zonada çayların hamısının keyfiyyəti eynidir. Sadəcə elə sahələr var məhsul sıxdı elə yerlər var ki, seyrəkdir. Astaradakı bağdakı çaylarımızda seyrəklik var. Misal olaraq 7 hektar ərazimiz var burada 7 hektar əkin olmalıdır amma əkin altında cəmi 5 hektar var” – deyə Rahab Əmirli bildirib.
Hazırda müəssisədə 80 ton emal olunmuş çayın olduğu bildirilib. Qeyd olunur ki, müəssisənin məhsuluna Almaniya və Səədüyyə Ərəbistanından maraq göstərilir. Hazırda Almaniyadan olan alıcıların çayın nümunələri ilə tanış olduqları və məhsulun alışına hazır olduqları bildirilir. Məhsulun biosetrifikatı olduğu qeyd olunub.
Rahab Əmirlinin sözlərinə görə, Almaniyalı alıcılara 80-100 qramlıq qablaşdırmada olan çaylar 5-6 manata təklif olunacaq. Qablaşdırmanın Türkiyədən alındığı bildirilib.