Rusiya Prezidenti Vladimir Putinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays istefa verərək ölkəni tərk edib.
FED.az xəbər verir ki, bu haqda "Reuters” və "Bloomberg” öz mənbələrə istinadən məlumat yayıb. Anonimlik şərtilə danışan mənbə "Reuters”ə Çubaysın ölkəyə qayıtmaq fikri olmadığını deyib
"Çubays Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan istefa verən ən yüksək rütbəli vəzifəlidir"-deyə agentlik bildirir.
"Bloomberg” Çubays ətrafında vəziyyətdən xəbərdar olan iki şəxsin sözlərinə istinadən bildirir ki, Çubays Putinin Ukrayna müharibəsinə qarşıdır.
66 yaşlı Anatoli Çubays 1990-cı illərdə Yeltsin hakimiyyərində iqtisadi islahatçılarından biri və çox salahiyyətli şəxs olub. Sonradan Rusiyanın RAO ES enerji şirkətinə və "Rosnano" dövlət şirkətinə rəhbərlik edib. Çubays Putin dpvründə hökumətdə təmsil olunsa da Qərblə əlaqələrini saxlayan az fiqurlardan biridir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Çubays Rusiyadakı iqtisadi islahatların müəllifi, vaxtilə istahat komandasında onun rəhbəri olmuş Yeqor Qaydar haqqında post paylaşıb və müşahidəçilər hesab edir ki, bu post Çubaysın Rusiyanın indiki siyasəti ilə razılaşmadığının göstəricisidir: «Bizim (yəni Çubays və Qaydarın) Rusiyanın gələcəyi ilə bağlı mən onunla heç də həmişə razılaşmırdım. Amma görünür ki, Qaydar strateji riskləri daha yaxşı anlayırmış, mən isə haqlı deyildim».
Çübaysın qardaşı İqor Çubays isə ümumiyyətlə baş verənlərdən xəbərsiz olduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskovun istefa verdiyini təsdiqləyib, ölkədən getdiyini isə təkzib etməyib: "Bəli, Anatoli Çubays öz ərizəsi ilə vəzifəsini tərk edib. Amma Rusiyadan getməsi və ysa burada qalması onun şəxsi işidir".
Rusiyanın "Kommersant" qəzeti isə Çubaysın 22 mart tarixində İstanbulda görüldüyünü bildirib. Qəzetin yaydığı bir fotoda onun bir bankomatdan pul çəkdiyi görülür.