2024-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna cəm olaraq 100,0 milyon manat ayrılması proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
O cümlədən Azərbaycan Respublikası əhalisinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 87,7 milyon manat və sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün 12,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.