2024-cü ilin dövlət büdcəsi layihəsində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə 40,0 milyon manat məbləğində subsidiyanın verilməsi proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
2024-cü il dövlət büdcəsində mənzil və kommunal xərcləri üçün 364,8 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır ki, bu da 2023-cü illə müqayisədə 16,7 milyon manat və ya 4,8 faiz çoxdur.
Mənzil və kommunal xərcləri üzrə ayrılmış vəsaitdən 181,3 milyon manatı və ya 49,7 faizi kommunal təsərrüfatına, 61,5 milyon manatı və ya 16,9 faizi mənzil
təsərrüfatına, 3,4 milyon manatı və ya 0,9 faizi su təsərrüfatına, 7,6 milyon manatı və ya 2,1 faizi lift təsərrüfatına, 111,0 milyon manatı və ya 30,4 faizi isə mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcəkdir.