Müharibənin başlaması ilə Türkiyədə mənzil bazarının aparıcı xarici müştəriləri olan rusların, Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Türkiyədə mənzilə tələbatı artıb.
Eləcə də bax: Ruslar Gürcüstana axışır, minlərlə mənzil alır – ŞİRKƏTLƏR YARADIRLAR
FED.az xəbər verir ki, sektor nümayəndələri bildiriblər ki, Rusiyada səfərbərlik elan edildikdən sonra ruslar Türkiyədə daha çox mənzil almağa başlayıblar.
Xaricdə Əmlak Təşviqi Dərnəyinin (GİGDER) sədri Ömer Faruk Akbal Rusiyadan Türkiyəyə tələblərin son bir həftədə artdığını bildirib.
"Aşçıoğlu İnşaat" şirkətinin İdarə Heyətinin sədri İrfan Aşçıoğlu da oxşar müşahidəni dilə gətirib. Aşçıoğlu son günlər Rusiyadan tələbatın artdığını bildirib.
Ukrayna ilə müharibənin başlaması ilə rusların Türkiyədə mənzilə tələbatında ciddi artım müşahidə olunub. Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, ruslar bu il Türkiyədə 8 min 115 ev alıb. Bu alışların 1238-i avqust ayında həyata keçirilib.
Əvvəlki illə müqayisədə Rusiyadan mənzil alışları 3 dəfə artıb. Bundan başqa, xaricilərin alışlarında 20 faizə yaxın payla birinci yeri ruslar tutub.
Səfərbərlik elan edildikdən sonra Rusiyadan gedişlər başlayıb.
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra beynəlxalq aviabiletlərə tələbat artıb. Bilet satışı ilə məşğul olan şirkətlərdən toplanan məlumata görə, Rusiyadan uçuşların davam etdiyi bir çox ölkələrə yaxın günlərə biletlərin tükəndiyi görülüb.
Digər tərəfdən, Google-ın məlumatlarına görə, ölkədə "təyyarə bileti", "bilet" və "xaric" kimi terminlər üçün internet axtarışlarında ciddi artım müşahidə olunub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində ümumilikdə 300 min ehtiyat əsgərin xidmətə çağırılacağını bildirib. (Marja)