2022-ci ildə 2 minə yaxın Rusitya vətəndaşı Gürcüstanda yaşamaq hüququ alıb.
Eləcə də bax: Gürcüstanın turizmdən gəlirləri – REKORD VURDU – MƏBLƏĞ
FED.az xəbər verir ki, Gürcüstanın Dövlət xidmətlərinin inkişafı Agentliyinin məlumatına görə, ümumilikdə 2022-ci ildə Gürcüstanda yaşayış icazəsi üçün 2824 Rusiya vətəndaşı müracitə edib. Onlardan 2 min nəfərərə icazə verilib. 475 nəfərə imtina verilib, qalanlarının müraciətinə baxılır. İcazə alanların 1300 nəfəri Gürcüstanda müvəqqəti, 700 nəfər isə həmişəlik yaşamaq8 icazəsi alıb.
Amma rusiyalıların Gürcüstana köçü təkcə yaşayış icazəsi ilə bağlı deyil, 2022-ci ilin təkcə son 6 ayında – mart ayından avqusta qədər olan dövrdə Rusiya vətəndaşları Gürcüstanda 7500 şirkət yaradıblar.
Gürcüstan rəsmiləri bildirir ki, hələlik onların əksəriyyəti fəaliyyətə başlamayıb. Ümumiyyətlə indiyədək Gürcüstanda mövcud olan 800 min şirkətdən cəmi 200 mini real fəaliyyətdədir.
Paralel olaraq Rusiya vətəndaşlarının Gürcüstandan mənzil alışları da sürətlə artır. 2022-ci ilin əvvəlindən indiyədək rusiyalılar Gürcüstanda 4 mindən artıq mənzil alıblar. Təkcə iyul ayında Rusiya vətəndaşlarının aldıqları mənzillərin sayı 3 mini keçib.
Gürcüstanın daşınmaz əmlak ageetlikləri bildirir ki, ruslar daha çox Tbilisi və Batumidə, Qara dənizin sahilində yeni tikilən mənzillər alırlar.