Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 may 2025-ci il tarixində saat 11:00-da təşkil olunacaq hərraca əmlaklar çıxarılacaq.
128 min manat vergi borcu olan şirkətin əmlakı - HƏRRACA ÇIXARILDI
FED.az xəbər verir ki, hərraca "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 15 fərdi yaşayış evi və 3 ədəd torpaq sahəsi olmaqla 18 daşınmaz əmlak çıxarılacaq.
Hərracda satışa çıxarılan əmlaklar ölkənin İsmayıllı, Zərdab, Qəbələ, Qobustan, İmişli, Ağstafa, Saatlı, Liman, Xaçmaz və Lənkəran kimi bir sıra rayon və şəhərlərində yerləşir.
Əmlaklar kənd ərazilərində yerləşir.
Daşınmaz əmlakların ümumi sahələri 45,9 kv.m ilə 549,1 kv.m arasında dəyişir. Ən kiçik yaşayış sahəsi Qobustanın Xilmilli kəndindəki 45,9 kv.m-lik evdir, ən böyük isə Saatlı rayonunun Məzrəli kəndində yerləşən və 549,1 kv.m sahəyə malik fərdi yaşayış evidir. Torpaq sahələrinin ölçüləri isə 0,03 hektardan 0,75 hektaradək dəyişir.
Əmlakların start qiymətlərinə gəldikdə isə, ən ucuz obyekt Qobustan rayonunun Şıxzərli kəndində yerləşən və 9722 manatla satışa çıxarılan fərdi yaşayış evidir. Ən yüksək qiymətə təklif edilən əmlak isə Saatlı rayonunun Məzrəli kəndindəki iri sahəli fərdi yaşayış evidir – 139.500 manat.
Bu hərrac, həm şəhərdən kənarda ev sahibi olmaq istəyənlər, həm də sərmayə yatırmaq niyyətində olanlar üçün maraqlı fürsətlər vəd edir. Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
Hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. Əlaqəli şəxs: Sadıqov İlqar (050-204-20-29)
14 may 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılan "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı:
S/N |
Daşınmaz əmlakın adı |
Ünvan |
Daşınmaz əmlakın ümumi sahəsi (kv.m) |
Torpaq sahəsinin olçüsü (hektarla) |
Start qiyməti (manatla) |
Beh məbləği (manatla) |
1 |
Fərdi yaşayış evi |
İsmayıllı rayonu, Kürdmaşı kəndi |
115,5 |
0,1 |
29000 |
1450 |
2 |
Fərdi yaşayış evi |
Zərdab rayonu, Pərvanlı kəndi |
68,2 |
0,12 |
14000 |
700 |
3 |
Fərdi yaşayış evi |
Qəbələ rayonu, Tüntül kəndi |
111,2 |
0,1 |
32000 |
1600 |
4 |
Fərdi yaşayış evi |
Qəbələ rayonu, Laza kəndi |
85,52 |
0,07 |
30000 |
1500 |
5 |
Fərdi yaşayış evi |
Qobustan rayonu, Bəklə kəndi |
78,2 |
0,12 |
14184 |
709,2 |
6 |
Fərdi yaşayış evi |
Qobustan rayonu, Şıxzahirli kəndi |
91,6 |
0,04 |
11500 |
575 |
7 |
Fərdi yaşayış evi |
Qobustan rayonu, Şıxzərli kəndi |
52,3 |
0,04 |
9722 |
486,1 |
8 |
Fərdi yaşayış evi |
Qobustan rayonu, Şıxzahirli kəndi |
101,1 |
0,03 |
22128 |
1106,4 |
9 |
Fərdi yaşayış evi |
Qobustan rayonu, Xilmilli kəndi |
45,9 |
0,1 |
9500 |
475 |
10 |
Fərdi yaşayış evi |
Qobustan rayonu, Ərəbşalbaş kəndi |
153,9 |
0,2 |
25500 |
1275 |
11 |
Torpaq sahəsi |
Liman şəhəri, H. Aslanov küçəsi |
0,06 |
15000 |
750 |
|
12 |
Fərdi yaşayış evi |
İmişli rayonu, Kürdmahmudlu kəndi |
190,1 |
0,2 |
47700 |
2385 |
13 |
Torpaq sahəsi |
Xaçmaz rayonu, Üçgünqışlaq kəndi |
0,75 |
13250 |
662,5 |
|
14 |
Torpaq sahəsi |
Lənkəran rayonu, Xolmili kəndi |
0,39 |
5350 |
267,5 |
|
15 |
Fərdi yaşayış evi |
İmişli rayonu, Aranlı kəndi |
217,2 |
0,18 |
44740 |
2237 |
16 |
Fərdi yaşayış evi |
İmişli rayonu, Kürdmahmudlu kəndi |
177,9 |
0,08 |
32730 |
1636,5 |
17 |
Fərdi yaşayış evi |
Ağstafa rayonu, Vurğun qəsəbəsi |
109,5 |
0,06 |
39850 |
1992,5 |
18 |
Fərdi yaşayış evi |
Saatlı rayonu, Məzrəli kəndi |
549,1 |
0,58 |
139500 |
6975 |
Behin köçürülməsi üçün hesab:
Vəsaiti alanın bankı: "Aqrarkredit" QSC BOKT
Kod 501587
VÖEN 1300025711
SWİFT: ACJTAZ22
Müxbir hesabı: Mərkəzi Bank: AZ45NABZ 1350100000000035944
Alan müştəri: "Aqrarkredit" QSC BOKT
Alan müştərinin hesab nömrəsi: AZ67ACJT45019192794010094401
VÖEN 1300025711