Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artıq dünyanın əsas əmlak mərkəzlərindən birinə çevrilib. İstənilən ölkədən, o cümlədən Azərbaycandan gələrək BƏƏ-də, xüsusilə də Dubay ərazisində əmlak almaq təkcə prestij deyil, həm də maraqlı investisiya sayılır.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, hazırda Dubayın əmlak bazarında alıcılara sahilin 1-ci xəttindəki villalardan tutmuş göydələnlərdə 25-30 kvadratmetrlik studiolara kimi çoxsaylı əmlaklar təklif edilir.
Amma Dubayda əmlakı almaq işin bir tərəfidir, onu saxlamaq və xərclərini ödəmək də lazımdır. BBƏ-də isə əmlakı saxlamaq üçün əmlak vergiləri və kommunal ödənişləri həyata keçirmək lazımdır.
Xarici vətəndaşlar BƏƏ-də daşınmaz əmlakı məhdudiyyətsiz ala, kirayəyə verə və ya sata bilərlər. Burada daşınmaz əmlaka sahiblik, onun satışı və ya kirayəyə verilməsi zamanə ənənəvi vergilər tutulmur – Dubayda yalnız bələdiyyə vergiləri var.
Bələdiyyə vergiləri
BƏƏ-də ənnəvi məcburi daşınmaz əmlak vergisi mövcud deyil, əvəzində əmirliklərdəki əmlak sahiblərindən bələdiyyə vergisi tutulur. Bu vergi əmlakın illik icarə haqqının 2,5%-10%-i arasında dəyişir. Əgər əmlak icarəyə verilmirsə, bu zaman vergi həmin əmlakın yerləşdiyi rayondakı əmlakların icarə haqqı əsasında hesablanır.
Məsələn, Dubayda kommersitya obyektləri üçün bələdiyyə vergisinin dərəcəsi onun illik icarə haqqının 5%-i qədərdir. Yaşayış evlərinin sahibləri isə mənzil yığımı ödəyirlər – bu da əmlakın icarə haqqının 5%-i səviyyəsindədir.
Adətən bələdiyyə vergisini kommunal xidmət xərclərinə əlavə edirlər və il ərzidə onu hissə hissə ödəyirlər.
Kompleksin saxlanması üçün illik ödəniş
Belə ödənişlər mənzilin və ya villarının yerləşdiyi kompleksin infrastrkuturuna xidmət üçün toplanır.
Bu vegriin orta dərəcəsi mənzilin hər kvadratmetri üçün illik 15,60 dollar təşkil edir. Dəqiq məbləği komplesin yerləşdiyi bələdiyyə müəyyən edir. Fərdi evlərdə isə bu xərclərə su anbarının illik təmizlənməsi (ildə 130-250 dollar), eləcə də bağa baxmaq və hovuzun təmizlənməsi (hər hovuz üçün illik 1 min dollar) əlavə edilir.









