Dövlət Gömrük Komitəsinin sabiq İdarə rəisi daşınmaz əmlak idarə edilməsi şirkətinə baş icraçı direktor təyin edilib.
“Azre Təkrarsığorta”nın rəhbərliyində dəyişikliklər davam edir – YENİ TƏYİNATLAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mirmahmud Miratayev Miryusif oğlu "Xalq Əmlak” MMC-nin baş icraçı direktoru təyin edilib.
O, bu vəzifədə Yusif Xəmmədovu əvəz edib. Y.Xəmmədov 2022-ci ilin dekabrında bu vəzifəyə təyin edilib.
Mirmahmud Miratayev Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi İmtiyazların Tənzimlənməsi İdarəsinin rəisi vəzifəsində çalışıb. O, bu vəzifəyə 2022-ci ilin yanvarında təyin edilmişdi. Həmin vəzifəyə qədər isə Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi olub. Link.
Xatırladaq ki, “Xalq Əmlak” MMC ölkənin ən iri bankı “Xalq Bank” ASC-nin törəmə şirkətidir, 2021-ci ilin avqustunda təsis edilib. Onun hazırda 40 mln. manat nizamnamə kapitalı vardır.