Azərbaycanın təkrarsığorta şirkəti “Azre Təkrarsığorta” ASC-nin İdarə Heyətində dəyişikliklər baş verib.
Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Tural Qasımov Nazim oğlu və Sarxan Mikayılov Umudvar oğlu “Azre Təkrarsığorta” ASC-nin İdarə Heyətinin üzvləri seçiliblər.
Bununla da İdarə Heyəti 1 sədr və 4 üzvdən ibarət olacaq.
Şirkətin Direktorlar Şurasının sədri Fuad Quliyev iyun ayının əvvəlindən etibarən şirkətdən ayrılıb. Onun yerinə Tokay Əlizadə təyin edilib.
Anar Mansurov Eldar oğlu Mərkəzi Bankda yeni vəzifəyə təyin edildiyi üçün o, “AzRe”nin Direktorlar Şurasındakı vəzifəsini (müstəqil üzv kimi) tərk etmişdi.
Asim Salamov isə 2023-cü ilin əvvəlindən Direktorlar Şurasına müstəqil üzv seçilib.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılan təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur.
“AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.