Bu ilin 9 ayı ərzində paytaxtda ümumilikdə 32.484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52,9%-ni təşkil edir.
FED.az xəbər verir ki bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (8427 müqavilə), 2 saylı Sumqayıt (3318 müqavilə), 5 saylı Xaçmaz (3000 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (2722 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər