Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir.
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü ilin 9 ayı ərzində 35.248 mənzil üzrə girov müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 61.393 əmlakdan 11.921-i torpaq sahəsinin, 8.768-İ isə fərdi yaşayış evinin payına düşür.