Türkiyənin «DAP Yapı» şirkəti ölkənin ən məşhur turizm məkanlarından olan Çeşmə vilayətində «Çeşmə layihəsi»nə başlayıb.
FED.az xəbər verir ki, 200 milyon avro yatırılacaq layihə çərçivəsində 23 malikanə və 70 malikanədəki mənzillər satışa çıxarılacaq. Layihənin bahalığı alıcıları qorxutmayıb – şirkət bildirir ki, artıq ilk 3 ayda layihəyə 8171 ilkin müraciət edilib.
Artıq satışlarına başlanılan və 3 nümunə evin tamamlandığı layihədə təhvillər 24 aya tamamlanacaq. «DAP Holdinq» İdarə Heyətinin sədri Ziya Yılmaz elan edib ki, bu villalar ən müasir standartlara cavab verəcək və sadəcə tətil üçün deyil, 12 ay yaşama üçün nəzərdə tutulub.