2023-cü ilin Dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 52 ev alıblar.
Türkiyədə ev alan əcnəbilər arasında - RUSİYALILAR LİDERDİR
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Xidməti bildirir.
Azərbaycan vətəndaşları 2022-ci ilin dekabr ayında Türkiyədə 139 ev almışdılar.
2023-cü ilin 12 ayı ərzində (yanvar-dekabr) Azərbaycan vətəndaşları Türkiyədə 832 ev alıblar. Bu say 2022-ci ildə 1330 ev idi. Beləlikə, azərbaycanlılar Türkiyədə 59,8% daha az ev alıblar.
Türkiyədə əcnəbilərə ev satışı 2023-cü ildə 2022-ci illə müqayisədə 48,2% azalaraq 35 min 268-ə düşüb. 2022-ci ildə Türkiyədə əcnəbilərə 68 min 120 ev satılmışdı.
Türkiyədə ən çox Rusiya Federasiyası vətəndaşları ev alıblar edilib. Ötən il Rusiya Federasiyası vətəndaşları Türkiyədə 10 min 560 ev alıblar. Rusiya vətəndaşlarının ardınca 4 272 ev alışı ilə İran, 1917 ev alışı ilə İraq, 1720 ev alışı ilə Ukrayna, 1440 ev alışı ilə Qazaxıstan və 1363 ev alışı ilə Almaniya vətəndaşları gəlib. (Marja)