Rusiyalılar noyabr ayında Türkiyədə 637 mənzil alıblar ki, bu da xarici ölkə vətəndaşları arasında ən yüksək göstəricidir.
Türkiyədə yaşayış icazəsi almaq çətinləşdi – DAHA BAHALI ƏMLAK ALMAQ LAZIMDIR – MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Statistika İnstitutu məlumat yayıb. Rusiyalılar ardıcıl olaraq ikinci ildir ki, həmin siyahıda ilk yeri tutur.
Rəsmi statistikaya görə, noyabrda Türkiyədə mənzil alan əcnəbilərin siyahısında ikinci yerdə İran vətəndaşları (234 mənzil), üçüncü yerdə ukraynalılar (128 mənzil), dördüncü yerdə isə qazaxıstanlılar (117 mənzil) qərarlaşıb.
Ümumilikdə isə son bir ay ərzində əcnəbilər Türkiyədə 2 min 342 daşınmaz əmlak alıblar ki, bu da ötənilki göstəricidən 61,5 faiz azdır. Xarici ölkə vətəndaşları mənzil alarkən ən çox kurort zonası olan Antalyaya üstünlük verirlər. Orada 790, İstanbulda 710, Mersində isə 316 ev alınıb.
Departamentin məlumatına görə, noyabrda Türkiyədə ümumilikdə 93 min 514 mənzil satılıb. Bu göstərici, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20,6 faiz azalıb. (Azərtac)