Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
FED.az xəbər verir ki, xidmətin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisində 91 min 889 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-iyul ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12,3 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çoxdur.