Banner
Banner

Vergilər

Vergilər nazirinin müavini: «Hesabat verir ki, obyektim 50 kvadratdır, yoxlayırsan ki, 350 kvadratdır»

Vergilər nazirinin müavini: «Hesabat verir ki, obyektim 50 kvadratdır, yoxlayırsan ki, 350 kvadratdır» | FED.az
16:01 11 Fev 2020

Azərbaycanda iqtisadiyyatın şəffaflaşması və kölgə iqtisadiyyatının azaldılması üçün bu sahəyə nəzarət hər il artırılır.

Eləcə də bax: Vergilər nazirinin müavini: «Mən Həsən ağanın qohumuyam, məni filankəs göndərib, keçməyəcək»

FED.az xəbər verir ki, bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib. Onun sözlərinə görə, kölgə iqtisadiyyatına nəzarət və şəffaflığın təmin edilməsi üçün tədbirlər müxtəlif istiqamətləri əhatə edir.

«Baxırsan ticarət obyektidir, hesabatda 50 kvadratmetirdir, yoxlayırsan 350 kvadratmetrdir. Biz çalışırıq səbrlə bu məsələləri həll edək».

Xatırladaq ki, bu sahədə görülən tədbirlər nəticəsində alkoqollu içkilər istehsalı və özəl klinikalarda indiyədək böyük məbləğlərin dövriyyədən yayındığı aşkar edilib.

Nazir müavini bildirib ki, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı geniş müzakirələr üçün ötən il ilk dəfə olaraq Azərbaycanda kölgə iqtisadiyyatına həsr olunmuş beynəlxalq konrans keçirilib. Burada başqalarının kölgə iqtisadiyyatı ilə məşğul olan alim və mütəxəssisləri iştirak edirdilər.

Yeri gəlmişkən, FED.az xatırladır ki, həmin konfransda millət vəkili Ziyad Səmədzadə kölgə iqtisadiyatının bəzən iqtisadi artıma səbəb olması ilə bağlı mübahisəli fpkir bildirmiş, nəticədə nazir Mikayıl Cabbarov bu fikri təkzib etməli olmuşdu.

S.Ələkbərovun sözlərinə görə, hazırda müxtəlif beynəlxalq ölçmələrə əsasən ABŞ-ın özündə kölgə iqtisadiyyatının həcmi 10%, Şərqi Avropada 23%, MDB məkanında isə ortalama MDB-da 39% təşkil edir.

Banner

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?