Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.
Eləcə də bax: Azərbaycanda vergi işçilərinin maaşları - KƏSKİN ARTACAQ
FED.az xəbər verir ki, bununla bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.
Əsasnaməyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Report