FED.az xəbər verir ki, peşəkar mühasib Rauf Pənahəliyev Vergi Məcəlləsindəki mühüm dəyişikliklərdən biri ilə bağlı izahatı təqdim edir:
Eləcə də bax: Vergi Məcəlləsidə nə dəyişdi? – 100 SUAL - 100 CAVAB – TAM MƏTN
2020-ci ildə vergi məcəlləsinə edilən dəyişikliklərə əsasən 13.2.81 maddəsi əlavə olunmuşdur.
Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar.
Bəs malların həqiqətən təqdim edildiyini bildirmək üçün proses necə olmalıdır?
Bunun üçün ilk növbədə iki şirkət arasında alqı-satqı müqaviləsi bağlanmalıdır.
Müqavilə ilə qiymət razılaşması protokolu tərtib olunmalıdır ki,tərəflər arasında qiymət razılığı rəsmiləşdirilsin. Mallar təqdim edilərkən iki şirkət arasında təhvil-təslim aktı imzalanmalıdır. Burda malların adı,miqdarı, məbləği dəqiq göstərilməlidir. Bundan sonra isə malı alan tərəf malların anbara qəbulu ilə bağlı ciddi hesabat blankı olan malların qəbul aktını tərtib etməlidir. Sonda isə təhvil-təslim aktı əsasında e-qaimə tərtib olunmalı və təqdim edilməlidir.
Əgər bütün bu ardıcıllıq və sənədlər qaydasında olarsa əməliyyat Maliyyə Nazirliyinin Mühasibat uçotu haqqında təlimatına uyğun aparılmış olacaq və əmtəəsiz əməliyyat hesab olunmayacaq.
Bu zaman isə artıq vergi ödəyicisinin bu əməliyyatı onu riskli vergi ödəyicisi siyahısına düşməyinə səbəb olmuyacaq. Vergi Məcəlləsinə edilmiş dəyişikliklər onu göstərir ki,2020-ci ildə Mühasibat uçotunun prinsiplərinə xüsusi olaraq əməl etmək lazımdır.
Əsas: VM 2020 Maddə 13.2.81, Azərbaycan Respublikası Mühasibat uçotu haqqında qanunu, Maliyyə Nazirliyinin kommersiya təşkilatları üçün Mühasibat uçotu haqqında təlimatı.