Vergi sahəsində də sahibkarların təkliflərinin toplanılması prosesinə başlanılıb.
Sənaye və texnologiyalar parkının rezidenti üçün – VERGİ GÜZƏŞTİ NƏYƏ AİDDİR VƏ NƏ VAXT İŞƏ DÜŞÜR?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı Baş nazirin müavini Samir Şərifov deyib.
Onun sözlərinə görə, hökumətin məqsədi nəzarət funksiyasını aradan qaldırmaq deyil, onu daha ağıllı və səmərəli mexanizmə çevirməkdir.
Bu yanaşma kölgə iqtisadiyyatının azaldılmasına və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir.
S.Şərifov bildirib ki, orta və uzunmüddətli dövrdə iqtisadi siyasətin əsas istiqamətləri qeyri-neft sektorunun genişləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, rəqəmsal həllərə əsaslanan rəqabətqabiliyyətli istehsal və xidmətlərin təşviqi, eləcə də dayanıqlı məşğulluğun təmin edilməsidir.
Baş nazirin müavini əlavə edib ki, biznes mühitinin yaxşılaşdırılması məqsədilə sahibkarlığa başlama prosedurlarının sadələşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və hesabatlılıq mexanizmlərinin daha şəffaf və proqnozlaşdırıla bilən olması istiqamətində işlər davam etdirilir. (Apa)











