İlk dəfədir ki, dekabrın 15-də 15 mlrd. manatdan çox vergi mədaxilini təmin edə bilmişik. İlk qeyri-neft ixracımız 3 mlrd. dollardan çox olacaq.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, 2019-cu ilə qədər bu rəqəm heç vaxt 1,9 mlrd. dollardan çox olmayıb.
Aktiv ƏDV ödəyicilərinin sayı - 13,2 FAİZ ARTIB
"Biz bu prosesin davamlılığını görürük. Hesab edirik ki, əsas məhdudlaşdırıcı, eyni zamanda imkan yaradan sahəmiz məhz iqtisadiyyatımızın məhsuldarlığının artırılmasından keçir. Yəni resursların yalnız ekstensivliyi hesabına deyil, intensivliyi, intensiv istifadəsi hesabınadır ki, bunun da yolu, rəqəmsallaşmadan, optimizasiyadan keçir", - deyə nazir bildirib. (Apa)