Azərbaycan gəlir vergisi ilə bağlı daimi güzəştli rejim tətbiq edir, bu verginin dərəcəsini 50 % aşağı salır.
Özəl sektorda gəlir vergisi üzrə yeni güzəşt mexanizmi tətbiq olunacaq - VİDEO
FED.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuş müzakirəsində bildirib.
"Qanuna dəyişiklik edilməsəydi 2 500 manata qədər gəlir 14 %-lə, 2500 manatdan artıq gəlir isə 25 %-lə cəlb ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir, 14 %-lik vergini 7 %-ə salırıq. Özü də bunu tədricən edirik.
Yəni, 2026-cı ildə muzdla işləyənlərin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3 %-dir. Və mən bir daha da həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə çağırış edirəm ki, istənilən ölkənin vergi rejimini araşdırsınlar və görsünlər gəlir vergisinin 3 % olduğu necə ölkə var. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır", - deyə o qeyd edib. (report)










