Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsinin artırılmasıdır.
Kredit təşkilatları girov əmlaka görə əlavə vergi xərcindən - AZAD OLUNUR
FED.az xəbər verir ki. bu, Dövlət Vergi Xidmərinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, vergi ödəyicilərinin sosial – korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramlarının daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən meyarlara cavab verən, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb.
Dəyişiklik vergi ödəyicilərinin ictimai və sosial layihələrə maliyyə yardımları ayırmalarına maraqlarının, eyni zamanda, həmin sahələrin maddi gəlirlərinin artırılması məqsədi daşıyır.