Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,3 milyona yaxın istifadəçi qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Yeni kassa aparatları gizlədilən dövriyyələri aşkar edir - 12,3 MİLYARD MANAT
“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 avqust tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat, bu ilin yanvar-iyul ayları ərzində isə 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.